“National Geographic Kids” jurnalı orta təhsil müəssisələrində şagird və müəllim heyətlərini məlumatlandırmaq məqsədilə keçirdiyi təqdimatı davam etdirir.
Oxu.Az xəbər verir ki, jurnalın növbəti təqdimatı Bakı şəhəri 8 saylı orta məktəb və 16 saylı texniki-humanitar liseyində keçirildi. Təqdimatda III-VII sinif şagirdləri və məktəbin müəllimləri iştirak etdilər.
Ümumilikdə, “National Geographic” cəmiyyəti haqqında məlumatı olan şagirdlər dünyaca məhşur “National Geographic Kids” jurnalının artıq Azərbaycanda da nəşr olunmasına çox sevindilər. Dərginin redaktoru Könul Nəsibova jurnal barədə ətraflı məlumat verməklə yanaşı, müəllim və şagirdlərin çoxsaylı suallarını da cavablandırdı. Keçirilən kiçik müsabiqədə fərqlənən şagirdlərə hədiyyə olaraq “National Geographic Kids” jurnalının nüsxələri təqdim edildi.
Qeyd edək ki, “National Geographic Kids” jurnalı Garant Media Holding tərəfindən nəşr olunur. Jurnala abunə olmaq üçün 012 563 56 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.