Neftçala rayonunun Bankə qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunur.
Neftçala Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavabda qeyd olunub ki, fevralın 17-də saat 03:20-də beş nəfər (üç kişi, iki qadın) zəhərlənmə şübhəsi ilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlara dəqiqləşdirilməmiş bakterial qida mənşəli zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir".
Əzizə İsmayılova