Bu gün Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində Birləşmiş Millətlər Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “İDEA” – Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dünya Ətraf Mühit Günü qeyd edilib.
Oxu.Az xəbər verir ki, tədbirdə BMT Rezident Əlaqələndiricisi və BMTİP Rezident Nümayəndəsi, Qulam İshaqzai və Ekologiya və Təbii Sərvətlər naziri, Hüseynqulu Bağırov iştirak ediblər.
Muzey kompleksində həmçinin “Məişət tullantılarının ətraf mühit və insana mənfi təsirini azaldaq” adlı uşaq rəsm müsabiqəsinin iştirakçılarının işləri sərgilənib və qaliblərə mükafatlar təqdim olunub.
Oxu.Az tədbirdən fotoreportajı təqdim edir.
Foto : İsmayıl Nur