Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası (AFFA) Türkiyənin Futbol Federasiyasının bu ölkənin Superkuboku uğrunda matçın Bakıda keçirilməsi barədə təklifinə müsbət cavab verib.
Azerisport.com-un xəbər verdiyinə görə, beləliklə, avqustun 11-də “Tofiq Bəhramov” stadionunda “Qalatasaray” və “Fenerbahçe” arasında matç keçiriləcək.
Bu, mükafat uğrunda mübarizənin Türkiyədən kənarda baş tutduğu dördüncü hal olacaq – bundan əvvəl üç dəfə Superkubok uğrunda oyunlar alman şəhərlərində keçirilmişdi.
www.azerisport.com
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin