Rusiyanın Federal Elm və Təhsil sahəsinə nəzarət xidməti üç ali təhsil müəssisəsi və bir filialın lisenziyasını tamamilə ləğv edib.
Oxu.Az report-a istinadən xəbər verir ki, bu haqda xidmətin məbuat katibliyi məlumat yayıb.
Lisenziyası ləğv edilən ali təhsil müəssisələri bunlardır: Moskva Beynəlxalq Sosial-Humanitar Əlaqələr İnstitutu, Vladimir Biznes İnstitutu, Samara Biznes və İdarəetmə İnstitutu, Lipetsk İqtisadi-Hüquq İnstitutunun Boronej filialı.
Qərara görə, cari ildən bu ali təhsil müəssisələrinə qəbul keçirilə bilməz, ancaq tələbələrin təhsili davam edəcək.
Tələbələrə həmin institutları uğurla bitirmələrinə dair diplomlar veriləcək.
A.H.