Rusiyanın Azərbaycandakı səfirliyində Suriyaya istiqamət almış “Tu-154” təyyarəsinin qəzaya uğraması və hadisə nəticəsində 92 nəfərin dünyasını dəyişməsi səbəbilə dövlət bayrağı endirilib.
Bu barədə Oxu.Az-a Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, “Ədalətli yardım” xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.
Qəza ilə bağlı cinayət işi başlanılıb.
Təyyarənin qəzaya uğradığı bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
N.О.