Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə ödənişsiz avtobuslar təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, avtobuslar saat 17:00-dan etibarən aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:
"Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi - Bakı Olimpiya Stadionu;
"Qara Qarayev" metro stansiyası - Bakı Olimpiya Stadionu.
Eyni zamanda, oyun bitdikdən sonra Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Sabah" - "Borussiya Dortmund" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.