Salyan rayon sakini qohumunun evindən oğurluq etdiyinə görə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da şəhər ərazisindəki evlərin birindən 6 550 ABŞ dolları və 2 800 manat pul oğurlamaqda şübhəli bilinən zərərçəkənin qohumu E.Hüseynov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.