Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəhid anası: "Paltarlarını hələ də saxlayıram"
Baku TV-nin "Arzunun vaxtı" verilişinin ötən buraxılışlarının birində Nərmin və Murtuza Əliyevlər cütlüyünün sevgi hekayəsindən bəhs olunmuşdu.
Proqramın budəfəki buraxılışı isə Murtuzanın qardaşı, Vətən müharibəsi şəhidi Pərvin Əliyevə həsr olunub.
Oğlunun sevdiyi qız olduğunu deyən şəhidin anası Zəmanə Abıyevanın sözlərinə görə, müharibədən sonra Pərvinə toy etmək istəyirmişlər:
"Pərvinin sevdiyi olsa da, qızın bundan xəbəri yox idi. Müharibədən sonra onun üçün toy etmək istəyirdik. Sonradan sevdiyi qız ailə qurdu, amma nə özü, nə də ailəsi bu haqda heç nə bilmədi. Murtuza və Nərminin toyundan sonra sosial şəbəkələrdə yalan sözlər yazdılar. Məni ən çox incidən şey Nərminin Pərvinin nişanlısı olduğunu demələri oldu".
Pərvin Əliyevin anası, həmçinin oğlunun şəhid olmasından, ona duyduğu həsrətdən danışıb:
"Oğlum oktyabrın 27-də şəhid olub. Onlar 30 ilin həsrətinə son qoyan oğullardır. Buna görə balamla qürur duyuram. Pərvinin əşyalarını, paltarlarını hələ də saxlayır, onlarla nəfəs alıram. Məni həyatda saxlayan həmin əşyalardır".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı - türk tarixinin izi
- Satışdakı qidalara qadağan olunan maddələr vurulur?
- 14 yaşlı hamilə qızın anası yaxın zamanda uşaq dünyaya gətiribmiş: Onu da sığınacağa qoymaq istəyib
- Krımla bağlı Vaşinqton-Kiyev gərginliyi böyüyür - Xəbərlərin 20:00 buraxılışı
- Saatlı sakinlərinin problemləri: "Pul verib kanalizasiyanı təmizlətdirməkdən bezmişəm"