Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Uşaqlar Birliyinin sədrindən Nərminin anasına sərt reaksiya: “Bəlkə, doğrulardan qaçırsan?”
Sən hara getsən də, Nərmin ruhən səni hər yerdə izləyəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın yandırılaraq öldürülməsindən sonra anası Aynurə İsmayılovanın Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi ilə bağlı müraciətinə münasibətində bildirib.
“Bayaqdan saytları vərəq-vərəq edirəm. Eyni yazıları oxuyuram. Yox, dəli olmamışam, sadəcə, deyirəm, bəlkə, türklər demiş, “şakadır”? Amma belə getsə, ağlım qaçacaq. Balası öldürülən ana... Qorxusu nədir? Oradakılar qorxsun. Bu hadisəni bilib, təxmin edənlər, bilib susanlar, ört-basdır edənlər qorxsun, çəkinsin.
Sənin qorxu dediyin nə? Bəlkə, nələrisə bilib ört basdır edənlərin sənin üzünə vuracaqları nəsə var? Nədir qorxun?”, - deyə sədr qeyd edib.
K.Ağazadə qeyd edib ki, insanın ailəsi, həyatı təhlükədə olanda ev istəmir, müdafiə, mühafizə istəyir:
“Bəlkə, doğrulardan qaçırsan? Bəlkə, Nərminin ruhunun o kənddə, o evdə səni qarabaqara gəzib, “ay ana, niyə belə oldu? ” sualına cavab verməmək üçün köçürsən? Amma Nərmin cismən o kənddə qalsa da, ruhən səni hər yerdə izləyəcək, arayacaq”.
İlhamə Əbülfət
Rəylər