Bakıdakı 17 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə SalamNews-a Penitensiar Xidmətin ictimaiyyətlə əalqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, cəza çəkən 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 134.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elxan Rauf oğlu Bəndəliyevə vətəndaş Namiq Müsannif oğlu Ələsgərovun gətirdiyi sovqata baxış keçirilən zaman kartofun içərisində gizlədilmiş ümumi xalis çəkisi 3,927 qram narkotik vasitə olan “Heroin” aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
www.salamnews.org
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin