Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yasamalda çıxılmaz vəziyyət: Əvvəl içməyə su tapmırdılar, indi su əlindən keçməyə yol yoxdur
Bakıda Yasamal rayonu, Xiyabani, 14 ünvanında su borusunun partlaması sakinləri çıxılmaz vəziyyətdə qoyub.
Bununla bağlı Oxu.Az-a şikayət ünvanlayan bina sakini bildirib ki, həyət keçilməz olub.
"Dəfələrlə "qaynar xətt"ə zəng etsək də, cavab verən yoxdur. Bütün həyət bu vəziyyətdədir. Nə blokdan çıxmaq olur, nə geri qayıtmaq. Gətirib bir lövhə qoyub, çıxıb gediblər", - deyə şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yeni Yasamal 1, ev 13 ünvanında su borusunda qəza baş verib.
"Dünən Yasamal Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası həmin əraziyə cəlb edilərək xəttin birləşmə yerindən axan suyun qarşısını almaq üçün təmir işlərinə başlanılıb. Bu gün səhər saatlarından etibarən qəza briqadası təmir-bərpa işlərini davam etdirir".
Xatırladaq ki, Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı Yasamal sakinləri təxminən üç gün susuz qalıblar.
Əzizə İsmayılova
Rəylər