Yaşıllıqların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müraciət edilib.
Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin beş dəfə artırılmasıdır:
“Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq”.
F.Əliyev bildirib ki, yaxın günlərdə meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq.
Nazir müavini qeyd edib ki, son on ildə “Azərlandşaft” ASC tərəfindən Abşeron yarımadası və magistral yolların kənarında 5.4 milyon ağac əkilib:
“Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək”.
İlhamə Əbülfət
www.oxu.az