Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![“Ulduz” filminin “Nazik”i vəfat etdi](https://images.oxu.az/2019/04/26/14/24/05/b2f01fa1-c82b-442e-9074-31aea47265be/176135_ckcop0bt40:1200.jpg)
“Ulduz” filminin “Nazik”i vəfat etdi
Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.
Bu barədə news24.az-a aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib.
O bildirib ki, anası son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi.
Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.
Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub. O, 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.
1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu “Ulduz” filmində yaratdığı “Nazik” obrazıdır.
Rəylər