Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sinəsində şiş aşkarlanan Xalq artisti DANIŞDI
Yanvar ayında əməliyyat olunan Xalq artisti Naibə Allahverdiyevanın sinəsində şiş aşkarlanıb.
Lent.az xəbər verir ki, o, bu barədə “Elgizlə izlə” proqramında məlumat verib.
59 yaşlı aktrisanın özünü hazırda yaxşı hiss etdiyini bildirib:
“Sinə əməliyyatı etdirməzdən əvvəl məndə yoxlanışda heç nə görünmürdü. Amma əməliyyatda üzə çıxdı deyə götürməli oldular. İndi yaxşıyam, önəmli bir şey yoxdur. Şükür Allaha. Səhnəyə də çıxıram, işə də gedirəm. Soruşanlar, maraqlananlar sağ olsunlar”.
Qeyd edək ki, Naibə Allahverdiyeva uzun müddət bel və kürək ağrılarından şikayətlənirdi. O, yanvarın 26-ı sinəsindən əməliyyat olunub.
Rəylər