Əfqanıstanın Gilmənd əyalətində təhlükəsizlik qüvvələri “Taliban” hərəkatının döyüşçülərinin hücumunu dəf edib, 260 silahlı öldürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, taliblərin həmləsi iyunun 26-dan başlayıb – onlar nəzarət-buraxılış məntəqələrinə və inzibati binalara hücum ediblər. Hücumda 800-dək silahlı iştirak edib.
“Talibanın hücumu dəf edilib, onların əraziləri ələ keçirmək planı tamamilə pozulub”, deyə DİN nümayəndəsi Seddik Seddiki bildirib. Onun sözlərinə görə, döyüşlərdə 28 əfqan hərbçisi həlak olub.