Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb
ABŞ-də cərrah səhvən xəstənin dalağı əvəzinə qaraciyərini çıxararaq onu öldürüb. İndi ölən şəxsin həyat yoldaşı həkimin məsuliyyətə cəlb olunmasını tələb edir.
Oxu.Az bu barədə "The Philippine Star" qəzetinə istinadən xəbər verir.
Dəhşətli hadisə Floridada baş verib. Orada 70 yaşlı Bill Brayan sağlamlıq şikayətləri ilə klinikaya müraciət edib və həkimlər onu əməliyyata göndəriblər. Cərrah dalağı çıxarmalı idi.
Lakin əməliyyat zamanı həkim Tomas Şaknovski orqanları səhv salaraq dalaq əvəzinə qaraciyəri çıxarmağa başlayıb. Əməliyyat zamanı o, qaraciyəri qanla təmin edən əsas damarları kəsib. Güclü qan itkisi başlayıb. Xəstə əməliyyat masasında ölüb.
Hər şey bununla bitməyib. Öz səhvini görməyən həkim Brayanın həyat yoldaşına deyib ki, "dalaq" o qədər zədələnib ki, normal ölçüsündən dörd dəfə böyük olub və xəstənin bədəninin digər tərəfinə keçib.
İndi qadın məhkəməyə müraciət etmək niyyətindədir. O, cərrahı məsuliyyətə cəlb etmək istəyir və bildirir ki, həkim, əslində, onun həyat yoldaşını öldürüb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Tramp Ukrayna münaqişəsinin həlli üçün göstəriş verdi və vaxt qoydu
- ABŞ-də qar fırtınası: Ölənlər var
- ABŞ-də qızıl medal qazanan 13 yaşlı qız: "Məktəb biliklərimlə, hazırlaşmadan qalib olmuşam"
- Ən azı 18 ştat Trampın ABŞ vətəndaşlığına qoyduğu məhdudiyyətlərə qarşı məhkəmə iddiası qaldırıb
- ABŞ-nin bütün ştatlarında ölüm hökmü geri qayıdır
Rəylər