Futbol üzrə dünya çempionatı başlayandan bəri ABŞ hökuməti stadionlar və digər idman obyektlərinin yaxınlığında buraxılan 700-dən çox pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) "X" hesabında dərc etdiyi açıqlamada məlumat verilib.
"Hüquq-mühafizə orqanları, FTB və Daxili Təhlükəsizlik Nazirliyinin misligörünməmiş hərəkət koordinasiyası sayəsində futbol üzrə dünya çempionatı başlayandan bəri turnirə ev sahibliyi edən ABŞ-nin 11 şəhərinin hamısında uçuşa qadağan olunmuş hava məkanlarında 700-dən çox PUA müsadirə edilib", - deyə məlumatda bildirilib.
Daha əvvəl isə ABŞ Mülki Aviasiya İdarəsi bildirmişdi ki, futbol üzrə dünya çempionatı matçlarının və digər tədbirlərin keçirilməsinin planlaşdırıldığı 23 stadion və digər obyektlər ətrafında uçuşa qadağan olunmuş zonalar tətbiq olunacaq. Müəyyən edilmiş qadağaların pozulmasına görə vətəndaşlar 75 000-100 000 dollar məbləğində cərimə ilə üzləşə, həmçinin dronları da müsadirə oluna bilər.
Dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir.