ABŞ-də göyərtəsində səkkiz sərnişin olan özəl təyyarə qar fırtınası səbəbindən Men ştatının Banqor hava limanında uçuş zamanı qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN hadisə ilə tanış olan mənbəyə istinadən məlumat verib.
Məlumata görə, sərnişinlərin nə dərəcədə xəsarət aldıqları hələ məlum deyil. Söhbət "Bombardier Challenger 650" biznes jetindən gedir.
Aeroport rəhbərliyinin bildirdiyinə görə, fövqəladə xidmətlər hadisəyə müdaxilə edib və hadisə səbəbindən hava limanı bağlanıb.
Qeyd edilir ki, qəza ABŞ-nin şimal-şərqindən keçən güclü qar fırtınası fonunda baş verib. Men ştatında hazırda şaxtalı havadır, yüngül qar yağması səbəbindən isə görünmə məsafəsi zəifdir.
Federal məlumatlara görə, təyyarə Hyustonda yerləşən MMC-də qeydiyyatdan keçib.