ABŞ-nin Yuta ştatında mühafizəkar fəal Çarli Kirkin qətlində əli olmaqda şübhəli bilinərək saxlanılan şəxsi azad olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel məlumat verib.
Onun qeyd etdiyi kimi, daha əvvəl nəzarətə götürülən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb. Patel istintaqın davam etdiyini bildirib və onun gedişatı barədə məlumat verəcəyini vəd edib.
ABŞ-də mühafizəkar siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel bildirib.
Hazırda hadisənin motivləri ilə bağlı araşdırma aparılır. Saxlanan şəxsin kimliyi açıqlanmır.
Yuta Universitetində çıxışı zamanı güllələnən siyasi fəal və "Turning Point USA" (TPUSA) təşkilatının icraçı direktoru Çarli Kirk ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında bildirib.
"Böyük və hətta əfsanəvi Çarli Kirk öldü. Amerika Birləşmiş Ştatlarının gənclərini Çarli kimi heç kim başa düşmədi. O, hamı tərəfindən sevildi və hörmət edildi. İndi o, artıq aramızda deyil. Mən və Melaniya onun həyat yoldaşı Erika və ailəsinə başsağlığı veririk. Çarli, biz səni sevirik", - deyə ABŞ lideri bildirib.

ABŞ-nin Yuta ştatında sui-qəsdə uğrayan mühafizəkar siyasətçi Çarli Kirkin öldüyü xəbəri təkzib edilib.
Oxu.Az xəbər verir ki, "Associated Press" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, siyasətçi aldığı yaralardan sonra ağır vəziyyətdədir.
Öz növbəsində jurnalist Qlenn Bek "X" sosial şəbəkə hesabında Kirkin vəziyyətinin sabitləşdiyini bildirib.
Amerikalı mühafizəkar siyasətçi Çarli Kirk aldığı güllə yarası nəticəsində Yuta ştatının xəstəxanasında dünyasını dəyişib.
Oxu.Az-ın "Fox News"a istinadən verdiyi xəbərə görə, siyasətçi Yuta Velli Universitetində keçirilən tədbir zamanı güllələnib.
Qeyd olunur ki, həkimlər dərhal hadisə yerinə gəlsələr də, Kirki xilas edə bilməyiblər.
ABŞ Prezidenti Donald Trampın tərəfdarı olan Kirkə snayperin 180 metr məsafədən atəş açdığı bildirilir.