ABŞ Hərbi Hava Qüvvələri “bütün bombaların anası” adlandırılan GBU-43/B bombasının atılması və partlayış anının əks olunduğu videonu paylaşıb. “Mother of All Bombs” – orijinal irikalibrli aviasiya sursatı olan “Massive Ordnance Air Blast” bekronimidir.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, 2003-cü ildə çəkilmiş arxiv kadrları Pentaqon Əfqanıstanda “İslam dövləti” terrorçularına qarşı güclü fuqas bombasından istifadə edildiyinə dair məruzədən sonra yayılıb.
Zərbə Nanqarxar əyalətinə endirilib. Amerika komandanlığının bəyanatına görə, GBU-43-ün yardımı ilə hərbçilər yaraqlıların istifadə etdikləri tunel və mağara sistemlərini məhv etmək istəyirdilər. Əməliyyata hazırlıq bir neçə ay çəkib. Bombardmanın nəticələrinə dair hələlik məlumat verilmir.
I.N.
www.oxu.az