Aprelin 11-də Bakının Cəfər Cabbarlı küçəsi ilə Şıxəli Qurbanov küçəsinin kəsişməsində hərəkətdə olan 90-RP-531 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü özündən sağda hərəkət edən sürücünü sıxışdıraraq qəza şəraiti yaradıb.
Oxu.Az xəbər verir ki, onun bu hərəkəti Avtosfer.az-ın kamerasına düşüb.
Görüntülərdən də aydın olur ki, sürücü yol polisi avtomobilinin yanında qoşa xətti tapdalayaraq əks istiqamətə çıxıb, digər avtomobili keçən zaman onu zolaqda sıxışdıraraq qəza şəraiti yaradıb.
İ.N