Yaxın Şərq bölgəsində ABŞ-yə məxsus azı 19 hərbi gəmi yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Qəzetin verdiyi məlumata görə, donanmanın əsas hissəsi Ərəbistan dənizinin şimal akvatoriyasında cəmləşib. Bölgədə "USS Abraham Lincoln" və "USS George H. W. Bush" adlı 2 aviadaşıyıcı gəmi, eləcə də 13 esmines, bir kreyser və içərisində "USS Boxer" də olan 3 desant gəmisi mövcuddur.
Qəzet əlavə edir ki, ərazidə atom sualtı qayıqlarının yerləşib-yerləşməməsi barədə hələlik dəqiq məlumat yoxdur.