ABŞ-nin "Ənsər Allah" hərəkatından olan husilərin nəzarəti altındakı paytaxt Sənaya və Yəmənin digər regionlarına endirdiyi zərbələr nəticəsində ən azı 31 mülki vətəndaş həlak olaub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, zərbələr zamanı daha 100 nəfər yaralanıb.
ABŞ və Britaniya qüvvələrinin Yəmənə endirdiyi zərbələr nəticəsində azı doqquz nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalına husilərin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.
"ABŞ və Böyük Britaniyanın zərbələrinin nəticəsində doqquz ölü, doqquz yaralı var", - Anis əl-Əsbahi deyib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verdiyini açıqlayıb.