Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Almaniyanın ən böyük kimya zavodunda partlayış olub: Xəsarət alanlar var
Almaniyanın "BASF" şirkətinə məxsus ən böyük kimya zavodunda partlayış baş verib.
Oxu.Az TASS-a istinadən bildirir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb.
"Yanğın "BASF" zavodunun yanğınsöndürmə xidməti tərəfindən söndürülüb. Hadisə nəticəsində 14 əməkdaş yüngül bədən xəsarətləri alıb və ehtiyat tədbiri olaraq zavodun klinikasına yerləşdirilib. Hadisənin səbəbi hələ müəyyən edilməyib", - deyə zavoddan bildirilib.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar