Almaniyanın sabiq kansleri Helmut Köl 88 yaşında vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, iyunun 16-da, Bild nəşri məlumat yayıb.
Ölümün səbəbləri hələlik açıqlanmır.
Helmut Köl 1982-ci ildən 1992-ci ilə qədər Almaniya hökumətinə rəhbərlik edib. Onun əsas nailiyyətlərindən biri AFR və ADR-in birləşdirilməsidir. 1991-ci ildə Köl bütöv Almaniyanın ilk kansleri seçilib.
Helmut Köl 2015-ci ildə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
S.B.
www.oxu.az