Türkiyənin Bursa şəhərinin meriyası metroda qadınlar üçün ayrı vaqonlar ayrılmasını nəzərdə tutan layihənin icrasına başlayıb.
Oxu.Az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər meri Rəcəb Altəpə bildirib ki, yenilik qadınların ictimai nəqliyyatda rahatlığını təmin edəcək.
Onun sözlərinə əsasən, layihə əhalinin müxtəlif qrupları arasında müsbət qarşılanıb. R.Altəpə bəyan edib ki, müxalifət qüvvələrinin tənqidinə baxmayaraq, layihə həyata keçiriləcək.
“Belə təcrübə ABŞ və Yaponiyada da var”, - şəhər meri xatırladıb.
Yerli nəqliyyat şirkətindən bildiriblər ki, layihə “şəhər hakimiyyətinin tələblərinə əsasən həyata keçiriləcək” və metronun sonuncu vaqonları qadınlar üçün ayrılacaq.
S.B.
www.oxu.az