"Avropa və ABŞ arasında xarici və təhlükəsizlik siyasətimizin həmişə ayrılmaz hissəsi olmuş transatlantik münasibətlər pozulma mərhələsindədir".
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl "Die Zeit" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-nin aqressiv hərəkətlərinə cavab olaraq, Aİ müstəqil və sərbəst hərəkət etmək üçün öz imkanlarını sürətləndirilmiş templə artırmalıdır.
Klinqbayl vurğulayıb ki, Avropa suverenliyinin gücləndirilməsinin hazırkı tempi yetərsizdir.