Liviyadan olan 400-ə yaxın mühacir gəmi ilə İtaliya sahillərinə üzmək istəyərkən Aralıq dənizində bata bilərdilər.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bunu qəzadan sağ çıxanlardan biri Reuters-ə bildirib.
Bundan əvvəl yayılan məlumata görə, italiyalı hərbi və sahil gəmiləri bir günə Aralıq dənizində beş qayıqda qəzaya uğramış 1,5 minə yaxın mühaciri xilas ediblər.
Qeyd olunur ki, üç qayıqda olan miqrantlar kömək üçün siqnal veriblər. Digər iki qayıq xilasetmə əməliyyatı zamanı aşkarlanıb.