Qazaxıstanın paytaxtı Astanada Suriya hökuməti və müxalifəti, həmçinin Rusiya, Türkiyə, İran nümayəndələri, BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura və görüşə müşahidəçi qismində qatılan ABŞ-ın bu ölkədəki səfiri Corc Krolun iştirakı ilə Suriya üzrə danışıqlar bərpa olunub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə De Misturaya məlumat yayıb.
“Görüşlər bərpa olunub, işlər davam etdirilir. Biz həmişə olduğu kimi nikbin əhval-ruhiyyədəyik”, – deyə de Mistura bildirib.
A.M.