Barak Obama prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar göndərib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Assosiated Press” agentliyinə məlumatlı mənbələrdən bildiriblər.
ABŞ administrasiyası bununla bağlı Konqresi yanvarın 20-si, səhər saatlarında, Donald Trampın inauqurasiyasından öncə məlumatlandırıb.
Qeyd olunur ki, Respublikaçılar partiyası dəfələrlə Fələstin muxtariyyətinə maliyyə vəsaitinin ayrılmasının əleyhinə çıxış edib.
A.M.