ABŞ prezidenti Co Bayden cümə axşamı milli təhlükəsizlik üzrə köməkçiləri ilə Rusiya və Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib.
Məlumata görə, ABŞ administrasiyasının nümayəndələri Ukrayna ətrafında hazırkı böhranın “kritik mərhələyə” keçə biləcəyindən ehtiyat edirlər.
Xüsusilə, Vaşinqton Moskvanın ritorikasının sərtləşdirilməsindən, habelə Rusiya hərbi gəmilərinin Qara dənizə daxil olmasından və hərbi texnikanın Belarusa ötürülməsindən narahatdır.
Qeyd edək ki, cümə günü Ağ Ev Baydenin Ukraynadakı vəziyyətlə bağlı Kanada, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya, Böyük Britaniya liderləri, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparacağını bildirib.
Qeyd edilib ki, söhbət zamanı diplomatiya və çəkindirmə üzrə tədbirlərin koordinasiyası müzakirə olunacaq.
Mənbə: TASS