Polşa boksçusu, gənclər arasında keçmiş dünya çempionu David Kostetski intihar edib.
Oxu.Az-ın Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, o, cinayətkar qruplaşmanın təşkilində ittiham edilib. Boksçuya beş il həbs cəzası kəsilib.
Onun həbs müddətinin bitməsinə cəmi iki qalırdı.
Sonuncu dəfə Kostetski 2014-cü ildə rinqə çıxıb. O, ağır çəki dərəcəsində çıxış edirdi. Boksçunun hesabında 39 qələbə və iki məğlubiyyət vardı.