Braziliyanın şimalında həbsxanada iki qruplaşma arasında baş verən qarşıdurma nəticəsində ən azı 25 nəfər ölüb.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Polisin verdiyi məlumata görə, yeddi nəfərin başı kəsilib, daha altı nəfər isə yandırılıb.
Hadisə Rorayma ştatının Boa-Vista şəhərində baş verib. Bir qrup məhkum həbsxananın digər hissəsinə keçə bilib, daha sonra isə qarşıdurma baş verib.
Hadisə zamanı məhkumlar 100-ə yaxın adamı girov götürüblər, bir müddət sonra bütün girovlar azad edilib.
Hadisənin şahidləri dava salan məhkumların dəyənəklər və bıçaqlarla silahlandıqlarını deyiblər.
740 məhkum üçün nəzərdə tutulmuş həbsxanada 1400-ə yaxın məhkum saxlanılırdı.
N.O.
www.oxu.az