Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Braziliyalı nazir Makronun xanımını "eybəcər" adlandırdı
Fransanın birinci xanımı Bricit Makronun ünvanına daha bir təhqir səsləndirilib.
Braziliyanın İqtisadiyyat naziri Paulu Qedes mətbuat konfransında onun "eybəcər" olduğunu deyib.
P.Qedes Fransa Prezidenti Emmanuel Makronun xanımını təhqir edən Braziliya liderini dəstəkləyib.
"Bu, həqiqətdir - bu qadın həqiqətən də eybəcərdir", - deyən P.Qedes onu da əlavə edib ki, çirkin qadın yoxdur, yanlış baxış bucağından baxdığımız qadınlar var.
Onun bu sözü auditoriyada gülüş yaradıb.
Qeyd edək ki, bir müddət öncə "Facebook"da Braziliya Prezidenti Jair Bolsonaru və Fransa Prezidenti Emmanuel Makronun xanımları ilə bir yerdə çəkdirdikləri şəkillərin fotokollajı paylaşılmışdı. Şəkil "İndi başa düşürsünüz, niyə Makron Bolsonarunu təqib edir? Bu, qısqanclıqdır" sözləri ilə müşayiət olunur.
J.Bolsonaru fotonu yarızarafat şərh edərək yazmışdı: "Bu adamı alçaltma".
"Braziliya" teqi üzrə xəbərlər
- "Qara qutu" Azərbaycan, Rusiya və Qazaxıstan mütəxəssislərinin iştirakı ilə açılacaq
- Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib
- Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
- Braziliyada naməlum hindu tayfası tapıldı
- Braziliyalı bloqer reportaj hazırlayanda körpü uçdu: Ölənlər və itkin düşənlər var
Rəylər