Bu həftə Cenevrədə “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın həyata keçirilməsinə nəzarət edən komitənin sessiyası keçiriləcək.
Oxu.Az BMT-nin saytına istinadən xəbər verir ki, komitə üzvləri Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) tikintisinin ekoloji nəticələri və Azərbaycan qanunvericiliyinin Konvensiyasının müddəalarına nə qədər uyğun olub-olmamasını təhlil edəcək.
Hazırkı sessiyada komitə üzvləri Ukrayna tərəfindən dəniz dibi ilə “Dunay-Qara dəniz” kanalının tikintisi ilə bağlı Ukrayna tərəfindən görülən tədbirlər və “Rovensk” AES-in istismar müddətinin uzadılması ilə bağlı məsələlər də müzakirə ediləcək.
Komitədə Serbiyanın şimal-şərq hissəsində tikməsi planlaşdırlan elektrik stansiyası ilə bağlı məsələnin nəzərdən keçirilməsi də gözlənilir.
N.O
www.oxu.az