Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

COVID-19-un ən qorxulu ağırlaşmaları açıqlandı
Rusiyalı həkim, otorinolarinqoloq Vladimir Zaytsev COVID-19-un insan orqanizminə təsirini təfərrüatı ilə təsvir edib. Onun sözlərinə görə, koronavirusa yoluxmada tənəffüs sisteminin, demək olar ki, bütün strukturları zədələnir.
“Zvezda” telekanalı xəbər verir ki, V.Zaytsev bununla bağlı deyib:
“Əgər adi soyuqdəymədə, kəskin respirator virus xəstəliklərində iltihabi proses burun və ya udlaq səviyyəsində baş verirsə, koronavirus infeksiyasında burunun selikli qişası, ola bilsin ki, həmçinin, burunətrafı ciblər, udlağın arxa divarı, qırtlaq-udlaq, traxeyalar, bronxlar və ağciyərlər zədələnir”.
Onun sözlərinə görə, virus ilk növbədə immun sisteminə zərbə vurur ki, bu da immunodepressiyaya səbəb olur. Həmin vəziyyət əvvəllər tənəffüs sistemində heç bir problemi olmayan pasiyentlərdə belə bronx-ağciyər xəstəliklərinin inkişafına gətirib çıxara bilər.
Mütəxəssisin fikrincə, COVID-19-un ən qorxulu ağırlaşması poliüzvi çatışmazlıqdır. Bu halda bir neçə daxili orqanın funksiyası eyni vaxtda pozulur, misal üçün, pankreatit və ürək çatışmazlığı inkişaf etməyə başlayır.
"COVID-19" teqi üzrə xəbərlər
- Kirill Qaburiç: "Ölkələr gücü ilə deyil, səhiyyə sistemi ilə öyünməlidirlər"
- Amir Dossal: "Statistikalar olduqca narahatedicidir"
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- Eyni vaxtda həm COVID-19-dan, həm də qripdən qoruyan peyvənd hazırlanıb
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı