Mahaçqalanın Semender kəndində (Dağıstan) avtomobilin kanala düşməsi nəticəsində xəsarət alan iki uşaqdan biri dünyasını dəyişib.
Xatırladaq ki, hadisə səhər saatlarında baş verib. Dağıstan Respublikasının Səhiyyə Nazirliyi bildirib ki, qəza nəticəsində səkkiz və on iki yaşlı iki uşaq xəsarət alıb. Hər ikisi son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Respublika Prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Mənbə: iz.ru
04.02.24 19:17
Mahaçqalada idman məşqçisi və üç şagirdinin olduğu “Lada Priora” markalı avtomobil kanala aşıb.
Məlumata görə, MMA üzrə məşqçi idarəetməni itirib, avtomobil suda batıb. Sürücü və 14 yaşlı sərnişin sağ çıxa biliblər. Daha iki nəfər - 10 və 12 yaşlı oğlanlar hadisə şahidləri tərəfindən batmış avtomobildən xilas edilib.
Hər iki uşağın vəziyyəti ağırdır, onlar süni nəfəs sisteminə qoşulublar.
Mənbə: gazeta.ru
Rəylər