Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyanın ən yaxşı futbolçularının siyahısı açıqlanıb
Dünyanın ən yaxşı futbolçularının siyahısı açıqlanıb.
Oxu.Az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.
Qurumun təqdim etdiyi ən çox qol vuran futbolçuların siyahısında birinci yeri Kriştianu Ronaldu, ikinci yeri Lionel Messi, üçüncü yeri isə Alf Kuill tutub.
Tarix boyu ən çox qol vuran futbolçuların ilk 10-luğu isə belədir:
1. Kriştianu Ronaldu - 902 qol;
2. Lionel Messi - 840;
3. Alf Kuill - 778;
4. Pele - 762;
5. Romario - 756;
6. Ferents Puşkaş - 725;
7. Cimmi Cons - 639;
8. Robert Levandovski - 635;
9. Gerd Müller - 634;
10. Co Bambrik - 626.