Əfqanıstanın paytaxtı Kabildə geyim bazarında güclü partlayış baş verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı Əfqanıstan mətbuatına istinadən məlumat verib.
Bildirilib ki, partlayış nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.
Hələlik partlayışın terror aktı ilə əlaqəsinin olub-olmaması araşdırılır.