Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əfqanıstanda kömür mədənində partlayış: Ölənlər var
Əfqanıstanın Samanqan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində yeddi nəfər ölüb, iki nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ariana News" portalı məlumat yayıb.
"Hadisə gecə yarısı Dar-e-Suf Payin rayonunun Qula kəndində, kömür mədəninin içərisində baş verib", - Samanqan Polis İdarəsinin Mətbuat Xidməti bildirib.
Qeyd olunur ki, zərərçəkənlər tibb müəssisəsinə yerləşdiriliblər.
Ən çox oxunanlar