Ermənistanın hüquq mühafizə orqanları general Manvel Qriqoryanın işğal altında olan Qarabağ bölgəsində yerləşən hərbi hissə yaxınlığındakı evində axtarış aparıb.
Oxu.Az xəbər verir ki, bu haqda “Sputnik-Armeniya” məlumat yayıb.
Axtarış zamanı evdən əsgərlər üçün nəzərdə tutulan quru ərzaq payları, siqaretlər, hərbi geyimlər, bintlər, benzin, 7,62 və 5,45 mm kalibrli güllələr, həmçinin həlak olan şəxs üçün nəzərdə tutulan ancaq mərhumun “ünvanına” gedib çatmayan gül çələngi aşkarlanıb.
Daha bir axtarış isə Əskəranda yerləşən “Ci Es Plyus” müəssisəsində aparılıb. Məlum olub ki, “Erkrapa” könüllülər birliyinin rəhbərliyi əsgərlər üçün nəzərdə tutulan, həmçinin ermənilərin yardım olaraq göndərdiyi azuqələri qanunsuz yolla mənimsəyib.
Qeyd edək ki, Manvel Qriqoryan Cəbrayıl və Füzulinin işğalı ilə bağlı əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib.
Bu yaxınlarda o, azərbaycanlı əsirlər Dilqəm Əskərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürüb.
Erməni generalın Qarabağdakı evində axtarış aparılıb - VİDEO
F.M.
www.oxu.az
Rəylər