Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Erməni hərbçi özünü güllələyərək öldürübmüş
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Zəngəzurda (Sünik) həqiqi hərbi xidmətə çağırılmış əsgərin ölümü ilə bağlı detalları açıqlayıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçu minaya düşərək deyil, ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində ölüb.
Xidmətin məlumatında bildirilir ki, hadisənin təfərrüatını araşdırmaq məqsədilə cinayət işi açılıb və ibtidai istintaq aparılır.
Ermənistanın hərbi qulluqçusu Zəngəzur (Sünik) bölgəsində minaya düşərək ölüb.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir.
Hadisənin necə və hansı şəraitdə baş verdiyi barədə məlumat yoxdur. Ermənistanın İstintaq Komitəsi sərhədçinin ölümünü təsdiqləyib
İstintaq Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda İstintaq Komitəsinin binasından yarım milyon dollardan çox pul oğurlanıb
- Paşinyanın partiyası qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin qəbulunu əngəllədi
- ABŞ-də erməni cinayətkar sindikatının 13 üzvü saxlanılıb
- Ararat Mirzoyan: "İrəvan Brüssellə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar aparmır"
- Lavrovdan etiraf: "Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı silahlarımızdan istifadə edib"