Rusiya prezidenti Vladimir Putin “Forbes” jurnalının versiyasına əsasən dünyanın ən nüfuzlu lideri seçilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Putin əvvəllər siyahıda 1-ci yeri tutan amerikalı həmkarı Barak Obamanı geridə qoyub.
İndi Obama reytinq cədvəlində ikinci sıradadır.
Üçüncü yeri Çin Xalq Respublikasının sədri Si Sinpin tutur. Dördüncü sırada Roma papası Fransisk, 5-ci sırada isə Almaniya kansleri Angela Merkel qərarlaşıb.