Google Translate servisi bəzi sözləri və ifadələri Ukrayncadan rus dilinə tərcümə edir.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, əgər tərcümə pəncərəsinə “Rusiya Federasiyası” sözlərini Ukraynca daxil etsək, tərcümə “Mordor” (“qara ölkə”) olacaq.
“Mordor” adı altında adətən C.R.R.Tolkienin “Üzüklərin əfəndisi” kitabının əsas şər qüvvəsi olan Sauronun ordu yığdığı və məskunlaşdığı ərazi başa düşülür.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun soyadını isə Google “qəmli at” kimi tərcümə edir.