Noyabrın 17-də yayımlanan "Grand Theft Auto VI" videooyununun debüt treyleri "YouTube"da 269 milyon baxış sayına çatıb.
Oxu.Az xəbər verir ki, təxminən iki il öncə yayımlanan video yeddi ildir birinci yeri tutan "Avengers: Infinity War" filminin treylerini geridə qoyub.
Beləliklə, GTA VI treyleri "YouTube" tarixində ən populyar treylerə çevrilib. Heç bir digər treyler pullu reklam olmadan bu göstəriciyə nail ola bilməyib.
Qeyd edək ki, GTA VI 19 noyabr 2026-cı ildə istifadəçilərin ixtiyarına veriləcək.
GTA VI-nın treyleri "YouTube"da baxış sayına görə rekord vurdu
