Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası saxlanılıb.
Oxu.Az “Milliyet”ə istinadən xəbər verir ki, Semet Şükür Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilib.
Xəbərdə bildirilib ki, sabiq futbolçunun atası İstanbul Şəhər Polis İdarəsinə aparılıb.
11:02
Türkiyə yığması və “Qalatasaray” klubunun məşhur futbolçusu olmuş Hakan Şükür və atası Semet Şükürun saxlanılması barədə qərar verilib.
Oxu.Az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı aparılan istintaq çərçivəsində dünən belə bir qərar verib.
Sakarya Polis İdarəsinin əməkdaşları hazırda ABŞ-da yaşayan H.Şükürün İstanbuldakı evində axtarış aparıblar.
Adapazarında yaşayan və inşaat işləri ilə məşğul olan S.Şükürün də evində axtarış aparılıb. Axtarış zamanı S.Şükür tapılmayıb. H.Şükür haqqında qırmızı bülletenlə saxlanma qərarı da veriləcəyi bildirilib.