Hindistanın Assam ştatının Baihata-Çariali şəhərinin sakinləri keçini udan pitonu tutublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daily Mail nəşri yazır.
4,5 metr uzunluğundakı ilanın ətrafına toplaşan insanlar onun boynuna kəndir keçirməyə müvəffəq olublar. Bundan sonra yerli sakinlər hətta pitonla şəkil də çəkdiriblər.
Hadisə yerinə çağırılan Hindistanın meşə xidmətinin nümayəndələri sürünəni meşəyə apararaq sərbəst buraxıblar.
S.B.
www.oxu.az