Efiopiyada axtarış qrupu ötən gün qəzaya uğramış “Ethiopian Airlines” hava yolları şirkətinə aid “Boeing 737” təyyarəsinin qara qutusunu aşkarlayıb.
Bu barədə yerli “Fana” telekanalı məlumat yayıb.
Xatırladaq ki, bazar günü Debre-Zeyt (Efiopiya) şəhəri yaxınlığında qəzaya uğramış “Boeing 737” təyyarəsinin göyərtəsində səkkizi ekipaj üzvü olmaqla, 157 nəfər olub. Qəzadan heç kim sağ çıxmayıb.