Rusiyanın İnquşetiya respublikasında antiterror əməliyyatı keçirilib.
Regional əməliyyat xidmətlərindən verilən məlumata görə, antiterror əməliyyatı rejimi Karabulak bölgəsindəki dörd küçə daxilində tətbiq edilib.
Rusiya Terrorla Mübarizə Milli Komitəsinin informasiya mərkəzindən verilən açıqlamaya görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi təyinatlıları yaşayış binalarından birində quldur dəstəsini aşkar ediblər. Təhlükəsizlik məqsədilə bitişik evlərin sakinləri təxliyə edilib.
Əməliyyat zamanı qumbaraatanlardan da istfadə olunub.
Mənbə: TASS
Rəylər